Dövlət Sərhəd Xidməti genişmiqyaslı təlimlərə başlayıb
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) genişmiqyaslı dəniz təlimlərinin sonuncu mərhələsi başlayıb.
APA-nın xəbərinə görə, təlimi izləmək üçün DSX rəisi Elçin Quliyev, Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev xidmətin sahil mühafizəsinin Türkan qəsəbəsində yerləşən bazasına gəliblər.
Onlara burada DSX-nin inventarına daxil olan yeni texnika və silahlar, həmçinin şəxsi heyətin hazırlığı nümayiş olunub. Təlimin yekun mərhələsi dənizdə davam etdiriləcək. Təlimə DSX-nin gəmiləri, katerləri, xüsusi təyinatlıları, vertolyotları cəlb olunub.

559