XİN binası qarşısında icazəsiz piket baş tutmayıb
Aksiyanın qətnaməsi nazirliyə təqdim olunub
Bu gün Qarabağ Azadlıq Təşkilatı və Demokratiya uğrunda İttifaq Xarici İşlər Nazirliyi qarşısında icazəsiz piket keçirməyə cəhd göstərib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, saat 11:50-dən başlayaraq aksiya iştirakçıları nazirliyin binasının ətrafında toplaşıblar.
Bu zaman Elman Bayraqdar polislər tərəfindən saxlanılaraq polis maşınına əyləşdirilib. Həmin vaxt Demokratiya Uğrunda İttifaqın parlament qrupunun sədri Pənah Hüseynlə polis arasında qısa münaqişə yaşanıb.
Pənah Hüseyn bildirib ki, onların əsas məqsədi Madrid prinsipləri çərçivəsində aparılan danışıqlardan imtana edilməsi, Dağlıq Qarabağ üzərində hakimiyyətin bərpası üçün addımlar atılması, eyni zamandla Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına etiraz edilməsi ilə bağlı qətnaməni XIN-ə təqdim etməkdir.
Polis piket aksiyasına icazə verməyib, onların iştirakçıları dağıdıb. Bir müddət sonra qətnamənin XİN-ə təqdim olunmasına icazə verib. Demokratiya Uğrunda İttifaqa daxil olan Klassik Azərbaycan Xalq Cəbhəsi partiyası təşkilat şöbəsinin müdiri Xəzər Teyyub qətnaməni nazirliyin ümumi şöbəsinin əməkdaşına təqdim edib. Bununla da saat 12: 05-də piket başa çatıb. Elman Bayraqdar da oradaca azad olunub.
Ramiz Mikayıloğlu

448