Dövlət qəzetlərinin fəaliyyəti dayandırılacaq
24 sentyabr 2009 15:30 (UTC +04:00)

Dövlət qəzetlərinin fəaliyyəti dayandırılacaq

“3 il ərzində Azərbaycanda media sahəsində böyük dəyişikliklər olacaq”

Yaxın vaxtlarda Azərbaycanda rəsmi dövlət qəzetləri ləğv olunacaq.

Bu barədə Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirən Dünya Qəzetçilər Assosiasiyasının (DQA) İdarə Heyətinin sədr müavini Benqt Braun bildirib.

B.Braun deyib ki, bu barədə ona Prezident Administrasiya ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib: “Əli Həsənovla görüşdə mənə dedi ki, yaxın 3 il ərzində Azərbaycanda media sahəsində böyük dəyişikliklər olacaq. Diffamasiyanın cinayətsizləşməsi baş verəcək, dövlətə məxsus qəzet və jurnalların fəaliyyəti dayandırılacaq, reklam bazarı gücləndiriləcək, media sahəsində peşəkarlığın artırılması ilə bağlı iş görüləcək. Şöbə müdiri bildirdi ki, artıq bu işlərin görülməsinə başlanılıb. Əli Həsənov mediaya qarşı hücumların da azaldığını dedi”.

DQA rəsmisi Ə.Həsənovdan həbsdə olan jurnalistlərin azad olunmasını xahiş etdiyini də deyib: “O da söz verdi ki, bu xahişi dövlət başçısına çatdıracaq”.

B.Braun Azərbaycanda medianının vəziyyətindən razı qalmadığını sözlərinə əlavə edib, həbsdə olan üç jurnalist və iki bloqgerin tezliklə azadlığa buraxılmalı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar