İran səfirliyi qarşısında etiraz aksiyası
Lent.az-ın məlumatına görə, aksiya iştirakçıları “Qarabağ Azərbaycanındır, Azərbaycanın olacaq”, “Güneydəki azərbaycanlılara məktəb açılsın”, “Qaniçənlə qucaqlaşan ölkəyə ar olsun”, “Azərbaycanın daxili işlərinə qarışmayın” kimi şüarlar səsləndiriblər.
Çıxış edənlər bildiriblər ki, İran işğalçı Ermənistana dəstək verir, bu isə qəbulolunmazdır. “İrandakı azərbaycanlıların haqları tapdalanır. Onlara Azərbaycan dilində məktəb açılmır. İran bu əməllərinə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmamalıdır” - deyə, aksiya iştirakçıları bildiriblər.
Polis aksiyaya müdaxilə edib, etirazçıları səfirlik qarşısından 10 metrədək uzaqlaşdırıb, 2 nəfər isə saxlanılıb. Aksiyanın qətnaməsi oxunduqdan sonra səfirliyə təqdim olunub.
Aksiya zamanı iştirakçılardan Qarabağ müharibəsi veteranı Arif Məhərrəmovun vəziyyəti qəfildən pisləşib, onu poliklinikaya aparıblar.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37