Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı davam edir
Opera və Balet Teatrında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı davam edir. Qurultayda 10 nəfərlik Rəyasət Heyəti seçilib. Rəyasət üzvləri arasında Şuşa, Xocalı, Xocavənd rayonlarının icra hakimiyyəti başçıları, Milli Məclisin deputatları Elman Məmmədov, Həvva Məmmədova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də var. Bundan başqa, qurultayda 3 nəfərdən ibarət Katiblik və 9 nəfərdən ibarət Redaksiya Heyəti də müəyyənləşdirilib.
Qurultayın Təşkilat Komitəsinin sədri isə Şuşa rayon İcra hakimiyyətinin başçısı isə Bayram Səfərov seçilib. İlk çıxışçı da B.Səfərov olub. O deyib ki, erməni işğalçılarının törətdikləri nəticəsində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 736 şəhər və kəndi dağıdılıb, 20 min insan ölüb, 50 min nəfər əlil olub, minlərlə insan əsir götürülüb.
B.Səfərov danışmağa yenicə başlayan zaman qurultayda iştirak edən millət vəkili Sabir Rüstəmxanlı yerdən çıxış edərək dövlət himninin səslənməsini və Qarabağ uğrunda şəhid olanların yad edilməməsindən narazılıq edib: “Qurultay başlayanda bunlar edilməli idi”.
Daha sonra B.Səfərov çıxışını davam etdirib. O, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ATƏT-in Minsk qrupundan narazılığını diqqətə çatdırıb: “Biz Minsk qrupunun regiona səfərlərindən heç nə gözləmirik”.
İlk çıxışdan sonra Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultayın Təşkilat Komitəsinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla isə deyib ki, alternativ yol yoxdur, azərbaycanlılar əvvəl-axır ermənilərlə dinc qonşuluq şəraitində yaşamağa məhkumdur: “Hətta ən dəhşətli müharibə aparan dövlətlər də sonra barışıblar, bir-birinin əlini sıxıblar. Baxmayaraq ki, onlar ermənilərdən də dəhşətli qətllər törədiblər”.
2007-ci ildə digər ziyalılarla birgə Dağlıq Qarabağa səfər etdiklərini xatırladan K.Abdulla deyib ki, həmin vaxt əsas məqsəd Azərbaycan torpaqlarının, Şuşanın vəziyyətilə yerində tanış olmaq olub: “Şuşa ölü şəhərə çevrilib. İndi o bizim yolumuzu gözləyir”.
Təşkilat komitəsinin üzvü, millət vəkili Həvva Məmmədova çıxışında bildirib ki. Torpaqlarından didərgin düşmüş məcburi köçkünlər arasında əlaqələr zəifdir: “Ümid edirəm bu qurultaydan sonra əlaqələr güclənəcək”.
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ureki ölkəsinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Diplomat münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini, bu səylərin davam etdirilməli olduğunu deyib: “Rumıniya münaqişənin beynəlxalq normalar və sülh yolu ilə həllinin tərəfdarıdır”.
Təşkilat Komitəsinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Dağlıq Qarabağ müharibəsi zamanı dəhşətli hadisələrin baş verdiyini, ermənilərin azərbaycanlıları qırdığını deyib: “Reallıq ondadır ki, bütün olanlara baxmayaraq, biz əvvəl-axır bir yerdə yaşamağa məhkumuq. Qarabağ bizim üçün əzizdir, biz Qarabağsız yaşaya bilmirik”.
F.Bədəlbəyli 2 il əvvəl Dağlıq Qarabağa səfərə gedib-gəldikdən sonra tənqid və təhqir olunduğunu da xatırladıb: “Mən bu təhqirləri normal qəbul edirəm. Ancaq Çanaqqala Türkiyə üçün nə qədər əzizdirsə, Qarabağ da bizim üçün vacib və əzizdir”.
İcmanın həmtəsisçisi, millət vəkili Elman Məmmədov isə qurumun bu vaxta qədərki fəaliyyətindən narazılığını bildirib: “İcmanın həm Azərbaycandakı, həm də xaricdəki fəaliyyəti zəif olub. Əslində fəaliyyət üçün normal şərait də olmayıb. İcmanın otağı, strukturları olmayıb. Amma bundan sonrakı mərhələdə savadlı kadrların icmaya cəlb olunması, müasir texnologiyalarla təmin edilməsinə çalışacağıq”.
E.Məmmədov BMT, ATƏT və Avropa Şurasını da tənqid edib: “BMT-nin qəbul etdiyi qətnamələri Ermənistan kimi cırtdan dövlət yerinə yetirmirsə, bu BMT-nin özünün özünə hörmətsizliyidir. Əslində isə, BMT istəsə bu qətnamələri dərhal icra etdirər. ATƏT-in Minsk qrupu da prosesdə vasitəçi kimi iştirak etmir. Danışıqlar prosesində güclər nisbəti dördün birədir. Yəni Ermənistan üstəgəl üç həmsədr birdir, Azərbaycan isə tək. Həmsədrlər isə özlərini bəzən hətta komik rola düşən uğur aktyor kimi görünürlər”.
Daha sonra qurultayda fasilə elan edilib. Fasilədən sonra icmanın təşkilatı məsələləri müzakirə olunacaq, onun sədri seçiləcək. Qurultayın saat 16.00-da başa çatması planlaşdırılır.

1008