Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son nöqtə... yaxınlaşır? – TƏHLİL
Münaqişənin həllinə dair şərti “Yol xəritəsi” çərçivəsində altıtərəfli siyasi dialoq prosesinin ilk nəticəsi prezidentlərin Praqa görüşündə bəlli olacaq
Ki-Uest danışıqlarından sonra ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda bu qədər intensivləşmə nəzərə çarpır. İlk dəfə olaraq diplomatik prosesdə İran istisna olmaqla regionda maraqları olan bütün tərəflər iştirak edir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bir ay ərzində regiona səfərləri hansısa “X” prosesinin başladığını təxmin etməyə əsas verirdi. Türkiyə-Ermənistan yaxınlaşması, dünyanın bir çox nüfuzlu siyasətçi və dövlət xadimlərinin bəyanatlarında “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əldə olunan irəliləyişləri” və “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönəlik addımları alqışlaması”, ən nəhayət son günlər nəzərə çarpan intensiv diplomatiya prosesi ictimai rəydə dumanlı bir qənaət formalaşdırıb: “Deyəsən, münaqişənin nizamlanması istiqamətində nə isə addım atılır”.
Əslində bu vəziyyətə ötən həftə Türkiyənin artıq sabiq xarici işlər naziri Əli Babacanın dili ilə tam aydınlıq gətirilib. Lakin bu açıqlamalar Azərbaycan Dövlət Neft Akademiyasında baş verəm məlum hadisənin kölgəsində qaldı. (Bu terror aktını da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proses fonunda dəyərləndirmək pis olmazdı) Əslində Əli Babacan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair şərti “Yol xəritəsinin” detallarını açıqlamışdı və ötən bir həftə ərzində gerçəkləşən siyasi dialoqlar artıq müəyyənləşmiş şərti “Yol xəritəsi” əsasında çoxtərəfli dialoq prosesinin başlandığını təsdiqlədi. “Yaxın günlərdə Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşdırılması üçün yeni diplomatik prosesə start veriləcək” deyən Babacan bu prosesdə adı çəkilən üç dövlətlə yanaşı ABŞ, Rusiya və İsveçrənin də iştirak edəcəyini bildirmişdi. Babacanın açıqlamalarının təhlili startı verilən “X” prosesi ilə bağlı bu nəticələrə gəlməyə əsas verir:
a) Başlanan prosesin məqsədi təkcə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması deyil, həm də Azərbaycanla Ermənistan arasında problemlərin həllinə nail olmaqdan ibarətdir. Yəni, yeni çoxtərəfli formatda Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel aparılır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşdən sonra verdiyi açıqlamada hər iki prosesin paralel aparıldığını təsdiqləyib.
b) İkitərəfli və çoxtərəfli danışıqlardan ibarət diplomatik prosesə ilk dəfə olaraq ABŞ, Rusiya və İsveçrə də qatılacaq. Bu prosesdə İsveçrənin iştirakı maraq doğurur. Çox güman ki, bu ölkə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan diplomatik münasibətlərin ilkin mərhələsinin həyata keçirilməsində vasitəçilik missiyasının gerçəkləşdirəcək. Xatırladaq ki, İsveçrə bundan əvvəl analoji missiyanı Tiflis və Moskvadakı səfirlikləri vasitəsilə Gürcüstanla Rusiya arasında həyata keçirib.
c) “Azərbaycan və Ermənistan prezidentləri danışıqlarda önəmli irəliləyişlər əldə ediblər”. Bu fikir hələ Əli Babacana qədər digər səviyyələrdə də səsləndirilib, deməli, danışıqlar prosesində ciddi irəliləyiş olduğunu söyləməyə gerçəkdən hansısa əsaslar var. Münaqişənin nizamlanması üçün tərəflərin siyasi iradə nümayiş etdirməli olduğu fikri uzun illərdir səslənir, lakin ilk dəfə olaraq Türkiyənin xarici işlər naziri “siyasi iradəyə ehtiyac var” deyil, “hər iki ölkədən aldığımız mesajlar siyasi iradənin bu problemlərin həllinə imkan verəcəyini göstərir” deyib. Bu o deməkdir ki, artıq münaqişənin nizamlanması prosesində siyasi iradə baryeri də aşılıb.
d) Son proseslərdə ən maraqlı məqamlardan biri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair prosesin qısa zamanda başa çatacağına dair diplomatik mesajlardır. İlk belə mesajı dövlət başçısı İlham Əliyev Moskvada Rusiya prezidenti Dmitri Medvedyevlə birgə brifinqdə səsləndirib: “Ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər tez nizamlanacaq. Danışıqlar prosesində tərəqqinin olduğuna da göz yummaq olmaz, bu tərəqqi münaqişənin kifayət qədər tez nizamlanacağına aid ümidlərimizi artırır”. Buna bənzər fikirləri həmin brifinqdə Rusiya prezidenti də səsləndirib: “Təmaslar davam etsə, əminəm ki, hazırlanmış təklifləri göz önünə alaraq bu münaqişəni QISA MÜDDƏTDƏ hər iki xalqın maraqlarına uyğun nizamlamaq olar”. Və son olaraq Əli Babacan məlum çıxışında “Nizamlanma ehtimalı görünür, həm də bu, uzun illər davam edəcək bir proses deyil” deyə bildirib. Bu fikirlərin analizi göstərir ki, münaqişənin nəinki həlli, hətta qısa zamanda həll olunması ehtimalı çox böyükdür. Prezident İlham Əliyevin aprelin 17-də Moskvaya səfəri ərəfəsində “Kommersant”ın yaydığı “Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçiriləcək sammitin layihəsini müzakirə edəcəklər” xəbərini də əlavə etsək, o zaman məsələnin nə qədər ciddi olduğunu görməmək mümkün deyil.
e) Bəs danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin hansı prinsiplərə dayanaraq həlli müzakirə olunur? İstər Əli Babacanın, istərsə də, münaqişənin həllində gerçək söz sahibi olan Rusiyanın prezidenti Dmitri Medvedyevin açıqlamalarında buna qismən aydınlıq gətirilir. Türkiyənin xarici işlər naziri detalların ABŞ-Rusiya-İsveçrə-Türkiyə-Azərbaycan-Ermənistan altıbucağında aparılacaq ikitərəfli və çoxtərəfli dialoq zamanı dəqiqləşəcəyini bildirib: “Hədəfimiz ““Win-Win” nəticəsinə nail olmaqdır”. Söhbətin hər iki tərəfin uduşlu çıxacağı, qarşılıqlı kompromislərə əsaslanan həll variantından getdiyi göz qabağındadır. Burada ən böyük ehtimal masada ərazi mübadiləsinə əsaslanan həll variantının olmasıdır. Bu kontekstdə Rusiya prezidentinin də ilk dəfə olaraq açıq mətnlə “Münaqişənin nizamlanmasında hər şeydən əvvəl beynəlxalq hüquq normalarına və BMT-nin, ATƏT-in bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə əsaslanmaq lazımdır” deməsini nəzərdən qaçırmaq olmaz. Azərbaycan prezidentinin də qeyd olunan brifinqdə “Ümidvarıq ki, yaxın aylarda nizamlanma prosesini daha irəli apara biləcək, hər iki xalqın maraqlarına cavab verən, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən və regionda beynəlxalq norma və prinsipləri təsbit edən həll variantını tapmağa nail olacağıq” deməsini nəzərə alsaq, o zaman bu nəticəyə gəlmək olar: “Danışıqlar masasında hər iki tərəfin uduşlu çıxacağı, eyni zamanda beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in qətnamələrinə əsaslanan (Dmitri Medvedyev), Azərbaycanın ərazi bütövlüyünü təmin edən (İlham Əliyev) həll variantı müzakirə olunur”. Burada bir məqama toxunmaq lazımdır. İlk dəfə olaraq ən müxtəlif səviyyələrdə verilən açıqlamalarda sərhədlərin toxunulmazlığı prinsipi səsləndirilmir. Bu isə mövcud dialoqun ərazi mübadiləsinə əsaslanan həll variantı ətrafında aparıldığı ehtimalını daha da artırır. Çünki ərazi mübadiləsi sərhədlərin toxunulmazlığı prinsipi ilə ziddiyyət təşkil edir.
f) Diplomatik danışıqlarda münaqişənin əhlli istiqamətində bu qədər irəliləyiş əldə olunubsa, o zaman prosesin yarımçıq qalmasına hansı amillər təsir göstərə bilər? Əli Babacan əsas baryerlərdən birinin – münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirmək baryerinin aşılmaq üzrə olduğunu vurğulayır. Lakin Babacanın açıqlamasında bir tərəddüd var: “ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya və ABŞ da iradə nümayiş etdirsələr, bu problemlər həllini tapa bilər”. Rusiya prezidenti Dmitri Medvedyev isə “tərəflərin təmkin nümayiş etdirməsi, perspektivləri görməsi üçün bu proseslərə üçüncü dərəcəli, lakin bəzən çox-çox mürəkkəb olan faktorlarun təsir etməsini” vacib sayıb. Deməli, problemin köklü surətdə həlli təkcə Azərbaycan və Ermənistan dövlət başçılarının siyasi iradə nümayiş etdirməsindən deyil, həm də ABŞ və Rusiyanın analoji iradəyə sahib olmasından, eyni zamanda prosesə üçüncü dərəcəli faktorların təsir etməməsindən asılıdır. “Üçüncü dərəcəli, lakin çox-çox mürəkkəb olan faktorlar” dedikdə ilk növbədə cəmiyyətlərin ediləcək qarşılıqlı güzəştlərə və qarşılıqlı etimad mühitinin yaradılmasına hazırlıqsız olması nəzərdə tutulur. Cəmiyyətlərin münaqişənin “Win-Win” modelində həllinə hazırlıqsız olmasının isə qarşılıqlı nifrət, tarixi düşmənçilik kimi obyektiv əsasları var ki, Rusiya prezidenti də məhz bunları nəzərdə tutaraq üçüncü dərəcəli faktorların mürəkkəb olduğunu vurğulayır.
Artıq Əli Babacanın detallarının açıqladığı “Yol xəritəsi”nə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ikitərəfli diplomatik danışıqlara start verilib. Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay Rusiyaya gerçəkləşən səfərləri, hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşü, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın mayın 13-də Azərbaycana, mayın 16-da isə Rusiyaya planlaşdırılan səfəri, Azərbaycan və Ermənistan prezidentlərinin sabah keçiriləcək Praqa görüşü, Çexiya paytaxtında həmçinin Türkiyə, Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan üçtərəfli görüşü artıq çoxtərəfli dialoq prosesinə start verildiyini göstərir. Prosesin önəmli nöqtəsi sabah prezidentlərin Praqada keçiriləcək görüşü olacaq. Tərəflərin siyasi iradə nümayiş etdirməyə hazır olduqlarını bəyan etmələrinə rəğmən Ermənistanın son nəticədə hansı mövqedən çıxış edəcəyi çox önəmlidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-da verdiyi açıqlamalardan belə nəticə çıxarmaq olar ki, Ermənistan münaqişənin həlli istiqamətində hələ də tərəddüd keçirir və böyük ümidlərlə başlanan prosesin nəticə verib-verməyəcəyi Praqa görüşündə məlum olacaq.
Dövlət başçılarının, diplomatların optimist bəyanatlarına rəğmən bu prosesin necə nəticələnəcəyini söyləmək hələ də mümkün deyil. Yuxarıda Dağlıq Qarabağ münaqişəsi ətrafında başlanan yeni çoxtərəfli dialoqu Ki-Uest danışıqları ilə müqayisə etmişdik. Ki-Uest danışıqlarının uğursuzluqla nəticələnməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ən azı 10 il arxaya atdı. Əgər bu gün başlayan və Ki-Uest prosesindən daha əhatəli, genişmiqyaslı dialoq prosesi də nəticəsiz qalarsa, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi minimum 10 il ləngimiş olacaq. Ən azı!
Vüqar Məsimoğlu, APA

1053