Litva prezidenti Azərbaycana gələcək
APA-nın məlumatına görə, bu barədə Litva prezidentinin mətbuat katibi Linas Balsis bildirib. “Dondurulmuş münaqişələr”in nizamlanması proseslərinin Litvanın ATƏT-ə sədrliyi dövrində prioritet olacağını xatırladan L. Balsis deyib ki, “Prezident və xarici işlər nazirinin Qafqaz regionuna və digər qaynar nöqtələrə səfərləri nəzərdə tutulub. Oradakı vəziyyəti öyrənmək, araşdırmaq və ümumilikdə ATƏT üçün həllini tapmaq lazımdır”.
Xatırladaq ki, yanvarın 3-də xanım Dalya Qribauskayte və Audronyus Ajubalis ölkənin ATƏT-dəki prioritetlərini müzakirə ediblər. D. Qribauskayte bəyan edib ki, Litva təşkilata sədrliyi dövründə “dondurulmuş” münaqişələrin həllində tərəqqiyə nail olmaq, yeni təhlükələr, o cümlədən enerji izolyasiyası və kibernetik təhlükələrlə mübarizədə əməkdaşlığı möhkəmləndirməyə çalışacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29