Kəmaləddin Heydərovun Belarusa səfəri davam edir
APA-nın “Belteradiokompaniya”ya istinadən verdiyi məlumata görə, bu məsələ Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Belarusa səfəri zamanı müzakirə olunub.
Səfər çərçivəsində azərbaycanlı nazir yeni yanğınsöndürmə texnologiyaları və xilasedicilərin yeni təchizatı ilə tanış olub. Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitəsi barədə məlumat verilib. Nazir K. Heydərov belaruslu mütəxəssislərin rezervuarlarda yanğınların söndürülməsi üçün yaratdığı ixtiranın Azərbaycan nümayəndə heyətində böyük maraq doğurduğunu vurğulayıb.
Səfər çərçivəsində K. Heydərov Minskdə Belarus FHN-in Komandanlıq və Mühəndislik İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.
Belaruslu həmkarı Ənvər Bariyevlə görüşdə isə Azərbaycan və Belarusun müvafiq qurumları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. Ə. Barıyev bildirib ki, Azərbaycana Belarus xilasetmə texnikaları və xüsusi iş paltarının çatdırılması planlaşdırılır.
Qeyd edək ki, səfər çərçivəsində ötən gün Azərbaycan və Belarus FHN-ləri arasında növbəti illər üzrə əməkdaşlıq proqramı imzalanıb.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53