“Dağlıq Qarabağın müqəddəratına azərbaycanlı və erməni icması birgə qərar verməlidir”
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Beynəlxalq münasibətlər üzrə alimlərin I illik Simpoziumunda çıxışında deyib. Danışıqların gedişindən danışan nazir bildirib ki, hazırda danışıqlar prosesində fəallıq ötən illə müqayisədə zəifdir: “Təəssüf ki, erməni tərəfinin mövqeyi hələ də qeyri-müəyyəndir. Onlar həmsədrlərin təkliflərinə nə hə, nə də yox deyirlər”.
E. Məmmədyarov erməni tərəfinin mövqeyinin millətlərin öz müqəddəratını təyinetmə prinsipinə əsaslandığını, Azərbaycanın da bu prinsipi qəbul etdiyini söyləsə də, bəyan edib ki, bu prinsip digər önəmli prinsip olan ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməməlidir: “Azərbaycan millətlərin öz müqəddəratını təyinetmə prinsipini ATƏT-in Helsinki Yekun Aktının prinsiplərindən biri kimi qəbul edir. Lakin torpaqlar işğal edilirsə, ölkənin ərazi bütövlüyü pozulursa, biz bunu qeyri-mümkün hesab edirik. Öz müqəddəratını təyinetmədən danışarkən erməni tərəfi önəmli bir məqamı da nəzərdən qaçırır – yalnız erməni icması öz müqəddəratını təyin edə bilməz, buna iki icma bərabər qərar verməlidir”.
Nazir Azərbaycanın kompromis kimi Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirib. O, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb və misal kimi BMT-nin, Avropa Şurasının qətnamələrini və Avropa Parlamentinin son qətnaməsini göstərib: “Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək!”

Oxşar yazılar

Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52