Prezident İlham Əliyev Mingəçevirə gedib
14 oktyabr 2010 10:36 (UTC +04:00)

Prezident İlham Əliyev Mingəçevirə gedib

APA-nın xəbərinə görə, bu gün dövlət başçısının iştirakı ilə şəhərdə “Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şahmat Məktəbinin, Yeni Azərbaycan Partiyasının Mingəçevir təşkilatının binalarının açılışı olacaq.

Bundan başqa, prezident İ. Əliyev Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram teatrının əsaslı yenidənqurmadan sonra açılışına da qatılacaq.

Ölkə başçısının, həmçinin “Günəşli” yaşayış massivinə çəkilən təbii qaz xətinin də açılışında iştirakı gözlənilir.
# 599

Oxşar yazılar