ATƏT müşahidəçilərinin fəaliyyət proqramı açıqlanıb
APA-nın məlumatına görə, bununla bağlı xanım Odri Qlover (Audrey Glover) mətbuat konfransı keçirib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin dəvəti ilə ölkəmizə gələn missiya dünən Elmar Məmmədyarovla görüşüb: “Bu seçkilər Azərbaycanın demokratik seçkilər keçirmək sahəsində öhdəliklərinin ardıcıllığı təşkil edir. Missiyanın əsas heyətinə daxil olan 16 nəfər 11 ATƏT ölkəsini təmsil edir. Daha sonra 22 nəfərdən ibarət qrup gələcək, lazımi təlimatlar alaraq regionlara göndəriləcəklər. Qısamüddətli müşahidə missiyası isə Azərbaycana noyabrın 3-də gələcək. Missiyamız bu seçkilərin Kopenhagen öhdəliklərinə uyğunluğunu yoxlayacaq, demokratik seçkilərin digər standartlara uyğunluğunu qiymətləndirəcək, həqiqi siyasi rəqabətin olması, namizədlərə bərabər imkanların yaradılması, mətbuata bərabər çıxış məsələlərinə xüsusi diqqət ayıracaq”.
Odri Qlover ATƏT-in Azərbaycanda izləyəcəyi sayca 8-ci seçki olacağını deyib: “Biz DTİHB-in tövsiyələrinin hakimiyyət orqanları tərəfindən hansı səviyyədə həyata keçirilməsinə diqqət yetirəcəyik, 2 aralıq hesabat hazırlanacaq, 11 heyət ölkənin müxtəlif yerlərinə ezam olunacaq. Seçkilərdən bir gün sonra ilkin hesabat açıqlanacaq, təxminən 8 həftədən sonra isə yekun hesabat dərc olunacaq”.

Oxşar yazılar

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15