“Fars”ın 3 gündə iki “səhvi”
Lent.az-ın Güney Azərbaycan Qurtuluş Partiyası mətbuat xidmətinə istinadən yaydığı xəbərdə bildirilib ki, “Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin İrana səfəri” başlıqlı məlumatında Respublikamızın dövlət bayrağının yerinə İranda Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə edən təşkilatlardan birinin - Güney Azərbaycan Milli Oyanış Hərəkatının simvolu qoyulub.
Xatırladaq ki, srağagün Tehranda keçirilən “Azərbaycan Respublikası-2010: bölgədə və ondan kənar rolu” beynəlxalq konfransında Azərbaycan Respublikasının Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşır Axundovun çıxışını yayan “Fars” agentliyi eyni “səhvi” etmişdi.
Yeri gəlmişkən, bu informasiya vasitəsi İran İslam Respublikası İslam İnqilab Keşikçiləri Qvardiyasının himayəsi altındadır.
Qeyd edək ki, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sentyabrın 25-də İranda başlayacaq Azərbaycan Mədəniyyət günlərində iştirak etmək üçün bu ölkəyə səfər edəcəyi gözlənilir.
Sədrəddin Soltan

Oxşar yazılar

Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48