394 müşahidəçi qeydə alınıb
Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması davam edir.
MSK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günə qədər MSK-ya 394 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib.
Bütün müraciətlərə müsbət cavab verilib. Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 309-u öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik missiyasını həyata keçirəcək.
Ombudsmandan isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.
Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək.
Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.

Oxşar yazılar

Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48