“Azərbaycanın artıq heç kimə ehtiyacı yoxdur”
Azərbaycan, Rumıniya və Gürcüstan arasında Bakıda imzalanan son razılaşma sentyabrın 23-də Vaşinqtonda keçirilən enerji sammitində yüksək qiymətləndirilib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, analitiklər – Heritage Fondunun nümayəndəsi Ariel Kohen və Mərkəzi Asiya və Qafqaz İnstitutunun nümayəndəsi Svante Kornell bildiriblər ki, müstəqil enerji siyasəti yürütmək üçün Azərbaycanın artıq heç kimə ehtiyacı yoxdur.
“Bu gün bazarlar istehlakçıdan deyil, satıcıdan asılıdır. Öz enerji ehtiyatlarını harada satmağı ölkələr özləri müəyyənləşdirir”. Bu fikirləri Svante Kornell bildirib.
O, həmçinin qeyd edib ki, Xəzər hövzəsi ölkələri, xüsusilə də Azərbaycan regionda enerji diversifikasiyası cəhətdən çox mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan, Türkmənistan və digər ölkələrin iştirak etdiyi layihələr Rusiyanın deyil, monopoliyanın əleyhinədir. Bu obyektiv siyasətdir”.
Sammitdə iştirak edən senatorlar və digər rəsmilər enerji təhlükəsizliyində BTC layihəsi və Transxəzər layihəsinin rolundan danışıblar.
Tədbirdə, həmçinin Xəzər dənizinin ekoloji təhlükəsizliyi və dənizdə qazma işlərinin aparılması barədə müzakirələr aparılıb. Bir çox ekspertlər bildirdilər ki, Meksika körfəzindəki faciə bir daha təkrarlanmamalıdır, daha təhlükəsiz yol tapana qədər “Kaşağan” kimi yataqlarda qazma işlərinin aparılması təhlükəlidir.
İştirakçılar həmçinin alternativ enerji mənbələrindən istifadənin mümkünlüyünü də müzakirə ediblər.

Oxşar yazılar

Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48