Nazir müavini: “Son məqsədimiz ərazi bütövlüyünün bərpasıdır”
“Azərbaycanın son məqsədi yeddi rayonun qaytarılması yox, ərazi bütövlüyünün bərpa olunması və Dağlıq Qarabağ regionunda icmalar arasında sülh yaradılmasıdır”.
Lent.az-ın məlumatına görə, bunu BBC-nin rus xidmətinə müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
“Ölkənin ərazi bütövlüyünün bərpası barədə deyərkən, Azərbaycan daim bəyan edir ki, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ regionunun ərazisində ən azı iki icmadan ibarət əhali yaşayacaq - azərbaycanlı və erməni”, - deyə Əzimov bildirib.
Onun sözlərinə görə, erməni tərəfi əhali problemi barədə danışarkən, yalnız erməni icmasını nəzərdə tutur.
Nazir müavini “təəssüf ki, tərəflər azərbaycanlı əhalinin regiona qayıtması məsələsində hələlik tam anlaşmaya və aydınlığa gələ bilməyib” və əlavə edib ki, Azərbaycan tərəfi heç vaxt Qarabağın erməni icması ilə əlaqələrin mümkünlüyünü istisna etməyib.
“Əgər bu əlaqələri bir neçə ölçüdə götürsək, onda demək olar ki, belə əlaqələr var idi, var və ya ola bilər. Gələcəkdə belə bir əlaqələr istisna olunmur. Bundan başqa, belə əlaqələrdən biz Dağlıq Qarabağda bu icmaların yaşamla bağlı məsələlərin müzakirəsi mərhələsinə qədəm qoyarkən, idarəetmə və onların təhlükəsizliyi barədə danışarkən istifadə edəcəyik”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, əhalinin statusu barədə məsələlərin müzakirəsi üçün normal şərait yaratmaqdan ötrü, ən azı iki icma arasında əməkdaşlıq, sülh və sabitliyi təmin etmək lazımdır.
"Bu məqsədlərə çatmaq üçün biz əz azı bir icmanın geri qayıtmasını və onlar arasında qarşılıqlı əlaqəni təmin etməliyik", - Əzimov belə deyib.

Oxşar yazılar

Moskvada "Şəhidlər ölməz, Vətən bölünməz" ŞÜARI - VİDEO
6 may 2025 , 10:07
Laçınlı zərərçəkmiş: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - MƏHKƏMƏ
5 may 2025 , 20:48
Kadırov övladları arasında varis seçir – İDDİA
5 may 2025 , 19:59
APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verdi - FOTOLENT
5 may 2025 , 19:38
Deputat Azər Badamovun Rusiyaya buraxılmamasının SƏBƏBİ
5 may 2025 , 19:17
Arıqlayıb və cavanlaşıb: 77 yaşlı Hillari Klinton hamını HEYRƏTLƏNDİRDİ
4 may 2025 , 16:02
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı: deport edilir
4 may 2025 , 13:30