Millət vəkillərimiz ŞKTC parlamentinin sədri və baş naziri ilə görüşüblər - FOTO
Lent.az-ın verdiyi məlumata görə, millət vəkilləri Hasan Bozer ilə görüşdə Azərbaycanla ŞKTC arasında əlaqələrin və əməkdaşlığın inkişaf etməsinin sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər.
Görüş zamanı ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artmasının müsbət hadisə qeyd edilib. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problemi ilə bağlı da geniş müzakirə aparılıb. Hasan Bozer qardaş Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın genişlənməsi üçün səyləri daha da gücləndirəcəklərini söyləyib. Qarabağ probleminin onları da narahat etdiyini dilə gətirən Hasan Bozer dünyanın hər yerində yaşayan insanımızın milli məsələlərin, ortaq problemlərin həlli istiqamətində birgə səylərini artırmasını vacib sayıb. Görüşün sonunda Qənirə Paşayeva və Musa Qasımlı ŞKTC parlamentinin spikerinə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özlərinin müəllifi olduqları kitabları hədiyyə ediblər.
Millət vəkilləri ŞKTC-nin baş naziri İrsen Küçüklə də görüşüblər. İrsen Küçük qardaş Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və bu istiqamətdə səylərin daha da artacağını bildirib.

681