Qazaxıstanın Müstəqillik Günü qeyd olunub
21 noyabr 2012 00:22 (UTC +04:00)

Qazaxıstanın Müstəqillik Günü qeyd olunub

Bakıda Qazaxıstan Respublikası müstəqilliyinin 21 illiyi, Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov iki dost və qardaş ölkə arasında qurulan münasibətləri yüksək qiymətləndirib.

O, deyib ki, Azərbaycan və Qazaxıstan arasında istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəm əlaqələr qurulub.

Primbetov bildirib ki, bu ildə də Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına yönəlmiş bir neçə tədbir keçirilib. Azərbaycan - Qazaxıstan hökumətlərarası komissiyası iclasının baş tutmasını, o, xüsusi ilə qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında geniş və səmimi əlaqələrin qurulmasını vurğulayıb.

Mərasimdə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar