İƏT Ermənistanın işğal edilmiş ərazilərdən çıxmasını tələb etdi
Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində 15-17 noyabr tarixlərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasının sonunda Cibuti Bəyannaməsi qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bəyannamədə üzv ölkələrin Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi əks olunub.
Bəyannamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilir. Eyni zamanda konfrans zamanı siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixi və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı qətnamələr qəbul edilib.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53