İranın səfirliyi: “Eurovision-2012” ərəfəsində terror hazırlayanlarla əlaqəmiz yoxdur
İranın İ Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyyid Seyyid Məhəmməd Ayətullahi Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışması ərəfəsində terror və təxribatda ittiham edilən şəxslərin İranla əlaqələri olduğuna dair iddialara münasibət bildirib. Lent.az-ın “Fars” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, səfirlik nümayəndəsi bu cür xəbərlərin əsassız olduğunu vurğulayıb: “İranın siyasəti qonşu dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi üzərində qurulub”.
Rəsmi Tehranın Azərbaycanla münasibətlərə çox önəm verdiyini xatırladan mətbuat katibi ölkəsinin Azərbaycanla əlaqələrinin daim yaxşı qonşuluq, konstruktiv əməkdaşlıq və bu dövlətin daxili işlərinə qarışmamaq prinsipi ilə uyğunluq təşkil etdiyini bildirib: “İran İslam Respublikasının beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, eləcə də siyasi-iqtisadi münasibətlərin inkişafı və son vaxtlar başlanmış KİV sahəsində əməkdaşlıq da bunun göstəricisidir”.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53