Türk dünyası jurnalistləri Azərbaycana gəliblər –
Lent.az-ın məlumatına görə, “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində paytaxtımızda olan qonaqlar millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının müşayiəti ilə ilk öncə Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olublar.
Qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törətdiyi qətliamlar, soyqırımlar, vandalizm aktları barədə geniş məlumat verilib. Sonra türk jurnalistləri Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Daha sonra qonaqlar Bakıda bütün Türkdilli dövlətlərin və toplumların təmsilçilərinin iştirakı ilə “Qarabağ: Türk dünyasının ortaq problemi” adlı beynəlxalq konfransına qatılıblar. Konfransda çıxış edən Qənirə Paşayeva Azərbaycana səfərə gələn yazar və ziyalılara Dağlıq Qarabağ probleminin tarixi kökləri, çar Rusiyası dövründə ermənilərin türklərin tarixi torpaqlarına köçürülməsi siyasətindən danışıb. O, bildirib ki, layihə çərçivəsində ölkəmizdə qonaq olan yazarlar Azərbaycanın müasir durumu, eləcə də Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatı ilə daha yaxından tanış olub bu münaqişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar.
Daha sonra çıxış edən qonaqlar Dağlıq Qarabağ problemi, qondarma erməni soyqırımı haqqında öz fikirlərini söyləyiblər.

964