Ramil Usubov İnterpolun sessiyasında iştirak edir - FOTO
Daxili işlər naziri Ramil Usubov rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti noyabrın 5-də Romada keçirilən Beynəlxalq Kriminal Polisi Təşkilatının (İnterpol) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə İtaliyada səfərdədir.
Azərbaycanın İtaliyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 5-də sessiyanın Nazirlər Görüşü zamanı İnterpolun prezidenti Hu Bun Hyui və İnterpolun baş katibi Ronald Nobl çıxış ediblər.
Ramil Usubov açılış sessiyasında digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra işçi görüşlər, sessiya çərçivəsində İtaliya daxili işlər naziri Anna Mariya Kançelliyeri ilə rəsmi görüş keçirib. Anna Mariya Kançelliyeri ilə görüş zamanı Ramil Usubov ölkəmizdə dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, hüquqi, dünyəvi, iqtisadi baxımdan güclü dövlət quruculuğu işləri, ictimai münasibətləri tənzimləyən hüquq mexanizmlərinin təkmilləşdirilməsi prosesinin uğurla davam etdiyi barədə məlumat verib. O, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin durmadan genişləndiyini söyləyib, hüquq-mühafizə sahəsində də əməkdaşlığın inkişafını vacib sayıb. Anna Mariya Kançelliyeri İtaliyanın da Azərbaycanla daha geniş əməkdaşlığa hazır olduğunu nəzərə çatdırıb Daha sonra daxili işlər nazirləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Günün sonunda dahi Azərbaycan şairi Nizami Gəncəvinin Romadakı heykəlinə Azərbaycan nümayəndə heyəti tərəfindən əklil qoyulub.

Oxşar yazılar

Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib?
21 may 2025 , 16:00
İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05