Meksikada ermənilərin təxribatının qarşısı alındı
Bu gün Mexiko şəhərində Tlakskoake-Xocalı Meydanı ərazisində, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidənin yaxınlığında yerləşən Konsepsion Santisima kilsəsində Azərbaycan hökuməti tərəfindən ianə edilmiş üç kilsə zənginin istifadəyə verilməsi ilə əlaqədar rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov və səfirliyin əməkdaşları, Meksika Katolik Kilsəsinin Kardinalı Norberto Ribera Karrera və ölkənin ali dini qurumunun rəsmiləri, kilsə icması, səfirliyin dostları, Meksikada yaşayan Azərbaycan icmasının üzvləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Kilsənin baş keşişi Eduardo Lozano Xuarez tədbiri açaraq, Azərbaycan hökumətinin dəstəyi ilə Tlakskoake-Xocalı Meydanının təmir və bərpa edilməsi, hal-hazırda isə kilsə zənglərinin ianəsi edilməsini, Meydanda ucalan Xocalı qurbanlarına həsr edilmiş abidə kimi sülh və tanrı məhəbbətinin göstəricisi olduğunu söyləyib.
Mərasimdə çıxış edən səfir İ. Muxtarov, Meksikanın ali dini qurumunun rəsmilərini və iştirakçıları salamlayaraq, Azərbaycanda həm hökumət, həm də vətəndaşlar tərəfindən bütün dinlərə eyni hörmətlə münasibət göstərilməsi və xalqımızın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrindən bəhs edib.
Səfir bildirib ki, Azərbaycan hökuməti tərəfindən kilsəyə ianə edilmiş üç zəngdən biri daim Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edəcək.
Daha sonra, tədbirdə çıxış edən Meksika Katolik Kilsəsini Kardinalı Norberto Ribera Karrera, Azərbaycan haqqında bəhs edərək, ölkəmizdə qeyri-adi bir dini tolerantlığın mövcud olduğunu, müsəlmanlarla yanaşı, Azərbaycanda xristianlar və yəhudilərin də bərabər hüquqlu və azad yaşadıqlarını vurğulayıb.
Qeyd edək ki, mərasimin sonunda, kilsə zənglərinin təntənəli istifadəyə verilməsi zamanı bir sıra erməni icmasının üzvləri ənənəvi olaraq tədbirin pozulmasına yönəlmiş təxribatçı hərəkətlər edərək, “Xocalıda baş verənlərin əslində soyqırımı olmadığını”, “abidənin üzərindəki yazının həqiqətə uyğun olmadığını” bəyan etməklə iştirakçıların və mətbuat nümayəndələrinin diqqətini cəlb etməyə cəhdlər göstəriblər. Lakin mərasimdə toplaşmış Meksika vətəndaşları və səfirliyin dostlarının birmənalı və sərt narazılığına səbəb olmuş bu təxribat baş tutmayıb, həmin şəxslər mərasim keçirildiyi yerdən Mexiko şəhər sakinləri tərəfindən qovulublar.

2642