Azərbaycan prezidenti ABŞ-ın yeni səfirini qəbul edib
Prezident İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. Lent.az-ın prezidentin saytına istinadən verdiyi məlumata görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Birləşmiş Ştatların səfiri Riçard Morninqstar etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
Riçard Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə ölkəmizdə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil olunan konfransda xanımı ilə iştirak etdiyini, Heydər Əliyevlə və prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb.
Dövlət başçısı Riçard Morninqstarı Azərbaycanda görməyindən məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Riçard Morninqstara son 20 ildə münasibətlərimizin yaxınlaşmasına və eləcə də ölkəmizin iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Riçard Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Oxşar yazılar

"Sərxoş olub bizə işgəncə verirdilər" - Arayikgilin MƏHKƏMƏSİ
8 avqust 2025 , 14:14
Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47