Yeməkləri  bu qablarda   saxlamaq olmaz:  Sağlamlıq üçün təhlükəlidir
22 fevral 2024 15:27 (UTC +04:00)

Yeməkləri bu qablarda saxlamaq olmaz: Sağlamlıq üçün təhlükəlidir

Hazır yeməkləri insanlar müxtəlif qablarda soyuducuda saxlayır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bununla belə, bəzi qab növlərinin uzunmüddətli saxlama üçün uyğun deyil.

Hansı qabda yeməkləri uzun müddət saxlamamaq daha yaxşıdır?

Alüminium

Alüminiumdan istifadə qaydalarının pozulması səbəbindən qablar tez bir zamanda yemək saxlamaq üçün yararsız olur. Bu faktı görməməzlikdən gəlsəniz, qida ilə birlikdə bədəni zəhərli birləşmələrlə "doydura" bilərsiniz.

Plastik

Plastik qida saxlama qablarının populyar olmasına baxmayaraq, onlar potensial təhlükəli ola bilər. Plastikin xüsusilə isti yeməklə təması zərərlidir. Ancaq artıq soyudulmuş yeməyi saxlamaq təhlükəsiz olacaq.

# 2505
avatar

Arzu Qurbanlı

Oxşar yazılar