Xoruldamaq deyib keçməyin – CİDDİ TƏHLÜKƏ  var
15 yanvar 2024 11:25 (UTC +04:00)

Xoruldamaq deyib keçməyin – CİDDİ TƏHLÜKƏ var

Xoruldamaq infarkt və insultla nəticələnə bilər. 

Lent.az xəbər verir ki, bunu rusiyalı həkim Vladimir Zaitsev bildirib. 

Həkim qeyd edib ki, yuxu zamanı yüksək səslə xoruldama beynin kifayət qədər oksigen almamasından xəbər verir. İnsan xoruldayanda boğazı ilə nəfəs aldığı üçün beyni ventilyasiya olunmur və belə ventilyasiya yalnız burunla nəfəs aldıqda baş verir. Buna görə də, xoruldayan şəxslər səhər yorğun və halsız oyana bilər. Onun metabolik prosesləri pozulur, çəki artımı başlayır, qan təzyiqi yüksəlir.

Zaitsev vurğulayıb ki, bu cür proseslər nəticəsində infarkt və insult riskləri böyükdür.

Xoruldama müxtəlif səbəblərdən yarana bilər: burun selikli qişasının şişməsi, burun çəpərinin əyilməsi, axşam saatlarında həddindən artıq yemək və hətta burun axması.

Xoruldamadan xilas olmaq üçün bəzən sadəcə sinusları, burun boşluğunu və nazofarenksi yaxalamaq lazımdır, bununla da iltihabı və şişkinliyi aradan qaldırır.
 

# 3771
avatar

Sevinc Fərid

Oxşar yazılar