Xərçəng riskini   azaldan qidalar
06 yanvar 2023 09:09 (UTC +04:00)

Xərçəng riskini azaldan qidalar

Vərdişləri düzgün formalaşdırsanız, xərçəng başda olmaqla ciddi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Lent.az-ın məlumatına görə, mütəxəssislər hesab edirlər ki, pis vərdişlər insanların ömrünü azaldır.

Bəs, xərçəng xəstəliyi riskini azaldan qidalar hansılardır?

Tərəvəzlərə daha çox üstünlük verin

Nə qədər çox tərəvəz yeyirsinizsə, sağlamlığınız üçün bir o qədər yaxşıdır. Bu kateqoriyaya aid bir çox məhsul xərçəng əleyhinə güclü təsirə malikdir.

Zərərli qidalardan uzaq durun

Fast food və bunun kimi bir çox zərərli qidalar xərçəng, diabet, piylənməyə səbəb ola bilər. 

Şəkəri məhdudlaşdırın

Tərkibində həddindən artıq şəkər olan məhsulların istehlakı xərçəngə tutulma riskini artıra bilər. Buna görə şirniyyatların istehlakını mümkün olduğu qədər azaltmaq lazımdır.

Şəkəri giləmeyvə və meyvələrlə əvəz etmək daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Arzu Qurbanlı

Oxşar yazılar