Tam qapanma koronavirusun yayılması ilə mübarizə aparmaq üçün ən yaxşı vasitə deyil. Daha yumşaq məhdudiyyətlər tətbiq etmək daha yaxşıdır.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu Dünya Səhiyyə Təşkilatının Avropa Regional ofisinin direktoru Hans Klyuqe söyləyib.
Onun sözlərinə görə, baharda tətbiq olunan sərt karantin, koronavirusun yayılmasını azaltsa da, bir çox insana zərər verir.
Klyuqe qeyd edib ki, bir qapanma ailə gəlirlərinin itirilməsinə səbəb olur. Əlilliyi olan və digər xəstəliklərdən əziyyət çəkənlərə də ziyan vurur.
Onun sözlərinə görə, bu səbəbdən daha yumşaq, tədrici bir yanaşma daha yaxşıdır.