Ürək üçün  ən sağlam   SƏHƏR YEMƏYİ
10 iyul 2024 18:09 (UTC +04:00)

Ürək üçün ən sağlam SƏHƏR YEMƏYİ

Səhərlər qidalanmaq üçün düzgün yeməkləri seçmək lazımdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı dietoloq Lon Ben-Asher ürək üçün sağlam səhər yeməklərini sadalayıb.

Onun sözlərinə görə, yaxşı səhər yeməyi ürəyi effektiv şəkildə gücləndirir. Mütəxəssis əmindir ki, səhər saatlarında lifli və omeqa-3 olan, həmçinin tərkibində xolesterolu idarə edən maddələr olan qidalardan istifadə etmək məsləhətdir.

Belə ki, dietoloqun fikrincə, ürək üçün ən faydalı səhər yeməyi qızılbalıq və avokado, eləcə də bir dilim tam taxıl çörəyi və ya yunan qatığı, yumurta ağı və ispanaqlı yulaf əzməsidir.

Mütəxəssislərin fikrincə, donuz və kolbasa səhər saatlarında çox duz və doymuş yağ ehtiva etdiyi üçün onlardan uzaq durmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3594
avatar

Fidan İlqar

Oxşar yazılar