Unzunömürlülüyün 3 sirri - HƏKİM AÇIQLADI
10 fevral 2024 12:11 (UTC +04:00)

Unzunömürlülüyün 3 sirri - HƏKİM AÇIQLADI

Amerikalı cərrah Antoni Yun uzunömürlülüyün üç sirrini açıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, müəyyən qaydalara əməl etsəniz, ömrünüzü artıra bilərsiniz. 

Onun sözlərinə görə sadəcə üç qaydaya əməl edilməlidir:

“Birincisi qidalanma ilə bağlıdır. Yemək yedikdən sonra 12-16 saata qədər fasilə verməlisiniz. Bu, hüceyrədaxili yenilənməni stimullaşdırmaq üçün lazımdır, İkinci qayda, müntəzəm güc məşqləridir. Gündə ən azı üç məşq etmək lazımdır - sinə pressi, deadlift və ayaq pressi. Əgər müntəzəm məşq etsəniz, əsas əzələ qruplarının əksəriyyətini işlədə bilərsiniz. Nəhayət, üçüncü qayda keyfiyyətli yuxudur. Yataq otağında qaranlıq pərdələrdən istifadə etmək və otaqdakı temperaturu 20 dərəcəyə endirmək vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2354

Oxşar yazılar