Daşkəsəndə 62 yaşlı kişi qumun altında  öldü
18 iyun 2025 22:09 (UTC +04:00)

Daşkəsəndə 62 yaşlı kişi qumun altında öldü

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü rayon sakini E. Əhmədov özünə məxsus yük maşınında qum boşaldarkən ehtiyatsızlıq səbəbindən qoşqu ona dəyib.

Zərbədən yerə yıxılan E. Əhmədovun üzərinə həmin vaxt yük yerində olan qum tökülüb. 62 yaşlı kişi qumun altında qalaraq hadisə yerində həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar