Ramos Klublararası Dünya Çempionatının tarixinə düşdü
18 iyun 2025 19:33 (UTC +04:00)

Ramos Klublararası Dünya Çempionatının tarixinə düşdü

Meksikalı “Monterrey”in mərkəz müdafiəçisi Serxio Ramos Klublararası Dünya Çempionatının ilk turunda Milanın “İnter” ilə qarşılaşmada (1:1) qol vurub. Qeyd olunur ki, 39 yaşlı ispaniyalı qarşılaşmada 25-ci dəqiqədə künc zərbəsindən sonra hesabı açıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu qol tarixi olub: Ramos turnir tarixinin ən yaşlı qolçusudur. Qol vuran zaman o, 39 yaş 2 ay 19 günlük olub.

Əvvəlki rekord 2010-cu il dekabrın 15-də keçirilən “Sonnam” – “İnter” oyununda (0:3) 37 yaş 4 ay 5 gündə qol vuran Xavyer Zanettiyə məxsus idi.

Bu, Serxio Ramosun Klublararası Dünya Çempionatında dördüncü qoludur. O, onlardan üçünü “Real”da oynayarkən vurub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar