Stress və əsəb insanda hansı xəstəlikləri yaradır? - CAVAB
23 mart 2022 17:11 (UTC +04:00)

Stress və əsəb insanda hansı xəstəlikləri yaradır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu stress və əsəbin insanda yarada biləcək xəstəliklərlə ilə bağlıdır. 

"Yüksək qan təzyiqi gələcəkdə infarkt və ya insultla nəticələnə bilər. Ancaq bu baş verməsə də, təzyiq istənilən halda daxili orqanların sağlamlığına xələl gətirir. Xüsusən də beyin əziyyət çəkir, bu da yaddaşın pozulmasına və əqli funksiyanın azalmasına səbəb olur. Göz alması vəziyyəti təzyiqdən pis təsirlənir. İnsanlar qan təzyiqinə nəzarət etməlidir".

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Tibbi Klaster Fondunun baş direktorunun müşaviri, tibb elmləri namizədi, kardioloq Yaroslav Aşıxmin deyib.

O, həkim uzunmüddətli stressin orqanizmin ürək-damar, sinir və hətta immun sisteminə mənfi təsir göstərdiyini vurğulayıb:

Bəs, stress və əsəb insan orqanizmində hansı xəstəliklərə yol aça bilər?

Kardioloq bildirib ki, stress və əsəb yüksək təzyiq xəstəliyi yaradır:

"Uzunmüddətli stressin orqanizmin ürək-damar, sinir və hətta immun sisteminə mənfi təsir göstərir. Əvvəllər hesab olunurdu ki, yalnız kəskin stress ürək üçün təhlükəlidir. Ancaq indi başa düşürük ki, xroniki stress sağlamlığa fəlakətli təsir göstərir. İnsanların təzyiqi yüksəlməyə başlayır. Xroniki stresslə əlaqəli olan hipertoniyalı xəstələrim çoxdur. Biz uzun müddət davam edən stress şəraitində həyata pis uyğunlaşırıq".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5550
avatar

Fidan İlqar

Oxşar yazılar