“Koronavirusa qarşı “Sputnik V” peyvəndi vurulduqdan sonra yaş qrupundan, cinsindən asılı olmayaraq hər kəs 42 gün ərzində alkoqolu içki qəbul etmək qəti qadağandır”.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Federasiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
Baş nazirin müavini əlavə edib ki, məhz 42 gün ərzində infeksiyaya yoluxmamaq əsas şərtdir:
“Peyvənddən sonra qorunmaqla yanaşı, bunun məsuliyyətini də dərk etməlisən. Ona görə də vaksin qəbul edənlərin, kütləvi yerlərdən çəkinməsi, özünütəcrid, maska rejiminə riayət etməsi son dərəcə vacibdir”.