Soyuq günlərdə hansı şorba turşusu immuniteti ARTIRIR?
13 dekabr 2022 10:39 (UTC +04:00)

Soyuq günlərdə hansı şorba turşusu immuniteti ARTIRIR?

Qış aylarının vazkeçilməzlərindən biri də turşudur. Keçmişdən bu günə qədər köhnəlməyən ləzzətlər sırasında olan turşunun birdən çox növü var. Çox insanın turşunu sevməsinə baxmayaraq bir çox həkimlər şorabanın duzlu olması səbəbindən orqanizmə zərərli olduğunu deyir. Amma elə şorabalar var ki, onlar orqanizm üçün əksinə faydalıdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim Svetlana Malinovskaya qışda immuniteti möhkəmlədəcək 2 sadə duzlu qidanı açıqlayıb.

Qışda xəstəliklərə qarşı düzgün qida seçmək önəmlidir və onlardan biri də turşudur:

“Bahalı ərzaqlara üz tutmaq lazım deyil. Məsələn, duzlu xiyar, kələm, duzlu balıq-fermentasiya prosesindən keçdiyi üçün şəkər süd turşusuna çevrilir. Süd turşusu isə bağırsaq mikroflorasının sevdiyi maddədir. Bu zaman faydalı bakteriyalar artır, immunitet aktivləşir, metobolizm sürətlənir.

Duzlu xiyar təzə xiyarın bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayır və gündə 1-2 kiçik xiyar yemək kifayətdir ki, mədə şirəsinin sintezi və öd aktiv işləsin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961
avatar

Oxşar yazılar