Soda ilə dişləri təmizləməyin - Həkimdən XƏBƏRDARLIQ
04 fevral 2023 16:33 (UTC +04:00)

Soda ilə dişləri təmizləməyin - Həkimdən XƏBƏRDARLIQ

Rusiyalı həkim-stomatoloq çay sodasının təhlükələri barədə xəbərdarlıq edib.

Lent.az xəbər verir ki, stomatoloq Olqa Filatova sodanın dişlərdə cızıqlar buraxdığını deyib.

O qeyd edib ki, sovet dövründə sodadan nənələrimiz tez-tez təmizləyici vasitə kimi istifadə edirdi. Olqa həkim dişlərin soda ilə təmizlənməsinin yanlış olduğunu vurğulayıb.

“Soda diş minasında cızıqlara yol açır və dişlərdəki həssaslığı artırır. Buna görə də sodadan diş təmizliyi üçün istifadə etməyin”, - deyə o söyləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Nigar Namiq

Oxşar yazılar