Səsiniz batıb?  - Bunları edin
21 oktyabr 2022 10:42 (UTC +04:00)

Səsiniz batıb? - Bunları edin

Səsin qorunması və səs batmasını müalicə üçün tətbiqi məsləhət görülən xeyli resept var.

Lent.az onları sizə təqdim edir:

Duzlu su

Duzlu su boğaz ağrısı və boğuq səs üçün faydalı vasitədir. Bu tərkibdən istifadə edərək səsinizi normal hala gətirə bilər və selikdən xilas ola bilərsiniz. Duzlu su boğazdakı infeksiyanın qarşısını ala bilən antiseptik xüsusiyyətinə görə boğaz qıcıqlanmasının azalmasına da kömək edər. Xırıltılı və ya qısılan səsi müalicə etmək üçün bir stəkan isti suya bir çay qaşığı duz əlavə etdikdən sonra məhlul ilə boğazınızı gündə 2-3 dəfə qarqara edin.

Sarımsaq

Sarımsaq yalnız mətbəxinizdə yeməklər üçün istifadə etdiyiniz adi bir ədviyyat deyil, eyni vaxtda boğuq səsi müalicə etmək üçün istifadə olunan bir bitkidir. Boğaz qıcıqlınmasının və boğaz iltihabının azalmasına sürətlə kömək etdiyi bilinir. Bu xüsüsiyyətlərinə görə səs batıqlığının müalicəsi üçün gündə bir-iki diş sarımsaq yemək və ya bir stəkan suya az miqdarda sarımsaq yağı əlavə edərək boğazı qarqara etmək məsləhətdir.

Exinasea çayı

Exinasea çayı səs batıqlığının müalicəsində istifadə olunur. Ancaq bu bitkinin tərkibində fərqli xüsusiyyətlərə malik bəzi maddələr olduğu üçün gündə ən çox bir və ya iki stəkan istehlak edilməlidir.

Havanı nəmləndirmək

Səs batıqlığından xilas olmaq və qıcıqlanan boğazı sakitləşdirmək üçün evdə buxarlandırıcı və ya nəmləndirici istifadə edilməlidir. Nəmləli hava qıcıqlanan boğazı sakitləşdirir və səsin açılmasına kömək edər. Nanə və ya evkalipt kimi efir yağlar nəfəs almağı asanlaşdırmaq və sağlamlığı stimullaşdırmaq üçün bir çox buxarlandırıcıya əlavə edilə bilər. İlıq duş qəbul etmək də boğazı nəmləndirərək səs batıqlığını aradan qaldırır.

Zəncəfil

Zəncəfil laringitin səbəb olduğu quru öskürək və səs batıqlığını aradan qaldırmaq üçün istifadə olunur. Sürgəçdən keçirilmiş zəncəfili meyvə şirələrinə əlavə edərək və ya qabığını soyub qaynar suda dəmləyib çay kimi içə bilərsiniz.

Darçın çayı

Bir stəkan suya bir neçə darçın çubuqları atın və 5-6 dəqiqə qaynadın. Dəmləndikdən sonra bal əlavə edərək için. Bunu bir həftə müntəzəm davam etdirin.

Boğaz pastilləri

Pastillər boğazı nəmləndirməyə, ağrıları aradan qaldırmağa və öskürəyi azaltmağa kömək edər. Tərkibində bal, limon, yaşıl çay və ya exinasea olan pastillər səsin xırıltısına yaxşı gəlir.

Bal

Bal həm boğaz ağrısı, həm də səs batıqlığı üçün ən faydalı qidadır. Boğazınızı nəmləndirmək və boğuq səsi təbii şəkildə müalicə etmək üçün gündə fasilələrlə bir neçə qaşıq üzvi bal yemək, bitki çaylarını balla qarışdıraraq və ya bir stəkan ilıq suya bal və qara bibər əlavə edərək içmək məsləhətdir.

Çobanyastığı çayı

Çobanyastığı Çayı qıcıqlanmış boğazı sakitləşdirir və səsin açılması başda olmaqla öskürməyin azalmasına kömək edər.

Alma sirkəsi

Alma sirkəsinin istehlakı boğazı təmizlər və səs batmasının azalmasına kömək edər.

Bir stəkan suya 1 xörək qaşığı üzvi alma sirkəsi və 1 çay qaşığı bal əlavə edərək içə bilərsiniz. Alma sirkəsi ilə qarqar etmək də boğaz ağrısını azaldır və səsin açılmasına kəmək edər

Hil

Qrip, soyuqdəymə kimi xəstəliklər səbəbiylə yaranan səs batmasını müalicə etmək üçün hil toxumu istehlak edin.

Turp

İri bir qırmızı turpu qoz ölçüsü qədər oyub içinə bal doldurun. 24 saat gözlədikdən sonra ondan axan məhlulu istifadə edin.

Kərəviz

Kərəvizi yaxşıca döyün və südlə qarışdıraraq için.

Kələm

Kələm yarpağını qaynatdıqdan sonra süzün. Suya biraz şəkər əlavə edərək istehlak edin.

Limon

Bir stəkan qaynar suya yarım limonun suyunu əlavə edin və bir qaşıq bal qarışdırıb için.

Səs bağını qorumaq

Səs bağını qorumaq üçün həddindən artıq və yüksək səslə danışmamalı və turşulu içəcəklər, tünd və çox ədviyyatlı yeməklər az istifadə edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042
avatar

Oxşar yazılar