Amerikalı fitnes məşqçisi insanlara arıqlamaq üçün effektiv məsləhətlər verib.
Lent.az xəbər verir ki, məşqçi Viktoriya Bredi arıqlamağı sürətləndirmək üçün limonlu su içmək və hər səhər qida rasionunun planını hazırlamaq lazım olduğunu deyib.
O, bir neçə səhər idmanı ilə daha effektiv arıqlamağa başlamağın yolunu açıqlayıb.
Viktoriya səhərlər yuxudan oyandıqdan sonra mobil telefonla oynamamağı, əksinə, beş-on dəqiqə uzanmağı məsləhət görür: “Bədən stress altında olduqda, piylərin yığılmasını təşviq edən kortizol sərbəst buraxılır. Bu səbəbdən də çəki itirmək daha da çətinləşir. Buna görə də, uzanmaq, psixi vəziyyətə diqqət yetirmək stressi aradan qaldırır və insana enerji verir”, - deyə o bildirib.
Limonlu suyu içmək orqanizi oyadır. Daha sonra bir neçə hərəkətlə bədənə enerji yığılır və arıqlamaq üçün ideal şərait yaranır.
Məşqçi onu da qeyd edib ki, səhər, nahar və şam yeməyi üçün menyunu diqqətlə planlaşdırmaq lazımdır.