Səhər yumurta yemək ölüm riskini artırır -  XƏBƏRDARLIQ
23 aprel 2021 19:31 (UTC +04:00)

Səhər yumurta yemək ölüm riskini artırır - XƏBƏRDARLIQ

Çindən olan alimlər, müntəzəm yumurta istifadəsinin ölüm riskini əhəmiyyətli dərəcədə artıra biləcəyini xəbərdar edirlər.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər, 500 min insanın qatıldığı ABŞ-dan olan alimlərin sorğusunu təhlil etilbər.

Tədqiqatın gedişində 1990-cı illərin ortalarında insanların qida payı araşdırılıb. 16 il sonra, 129.3 min sorğu iştirakçısının artıq həyatda olmadığını öyrənən elm adamları yenidən araşdırmalarına müraciət ediblər. Onların bir çoxunun tez-tez yumurta yediyi qeyd olunur.

 Tədqiqatçılar, yeməyin yağ və xolesterolla zəngin olduğunu, bunun infarkt riskini və bir çox sağlamlıq problemini artıra biləcəyini qeyd edirlər. Bu baxımdan yumurtaların, xüsusilə də sarısının tez-tez istifadəsindən imtina etməyi tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4119
avatar

Oxşar yazılar