Sağlam yaşlanmaq, bunun üçün nə edilməlidir?
16 aprel 2024 09:12 (UTC +04:00)

Sağlam yaşlanmaq, bunun üçün nə edilməlidir?

Sağlamlıq - istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal, istənilən ağrının və xəstəliyin olmadığı vəziyyətdir. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

“Mənim sağlamlığım, mənim hüququmdur”

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üşün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.

İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif  şüarlar keçirilib. Bu il isə təşkilatın yaranmasının 76-cı ilində həmin gün “Mənim sağlamlığım, mənim hüququmdur” şüarı altında qeyd edilir. ÜST-nın hesablamalarına əsasən, qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərindən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır. Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir.
Bundan başqa “Sağlam yaşlanmaq beynəlxalq ictimai səhiyyə proqramı”nın gündəliyində prioritet məsələyə çevrilir. Bu həyatın ilkin mərhələlərindəki sağlamlıqla əlaqədardır və sağlam yaşlanma bir çox amillərdən asılıdır.

Buraya onun qidalanması, fiziki aktivlik səviyyəsi və sağlamlıqla bağlı risklərə məruz qalması (məsələn, siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə və ya zəhərli maddələrin təsirinə məruz qalmaq) halları da daxildir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azəbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısınının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

# 1665
avatar

Oxşar yazılar