Həyatınız nə qədər mükəmməl olsa da, bəzən özünüzü çox yorğun hiss edə bilərsiniz. Dincəlməyiniz üçün 6 təklifimiz var. Diqqətiniz bizdə olsun.
Lent.az xarici KİV-ə istinadən həmin 6 təklifi təqdim edir:
Mesaj yazmayın, zəng edin
Telefonda birinin səsini eşitmək stress səviyyəsini aşağı salır və bədəndə oksitosin hormonunun əmələ gəlməsinə səbəb olur. Mesaj eyni təsiri vermir.
Sitrus meyvələrindən faydalanın
Portağal və ya qreypfrut yemək, hətta çayınıza bir az limon əlavə etmək əhvalınızı yaxşılaşdıracaq.
Təbəssüm
Gülümsəmək sizi rahatlaşdırır. Gülərüzlü insanların ürək döyüntüləri yavaşlayır və daha rahat hiss edirlər.
Təcrübə edin
İnanılmaz bir təcrübə yaşamaq (hündür bir binanın zirvəsindən baxmaq və ya gün batımını seyr etmək) sizi daha xoşbəxt edər.
Sözlərinizə diqqət yetirin
Mənfi əhval yoluxucudur. Ətrafınızdakı neqativ insanlar varsa, bu vəziyyət sizə də təsir edəcək. Əhvalınız, sözləriniz və həyat tərziniz həmişə müsbət olsun.
Qısa bir məşq edin
Araşdırmalara görə, qısa, lakin sıx bir məşq stressə çox yaxşı təsir edir. Bu səbəbdən 1 saatlıq yoga əvəzinə 20 dəqiqə qaçış stressə daha təsirli olur.