Qəhvə  ölüm riskini   azaldır: Yeni ARAŞDIRMA
19 iyun 2024 09:55 (UTC +04:00)

Qəhvə ölüm riskini azaldır: Yeni ARAŞDIRMA

Bildirilir ki, ən çox qəhvə içənlər bütün səbəblərdən ölüm riskində 33 faiz azalma göstəriblər.

Az hərəkət edənlərin və qəhvə içənlərin ölüm riski altı saatdan çox oturan və qəhvə içməyənlərlə müqayisədə 24 faiz azalır.

Lent.az bildirir ki, alimlərin tapıntıları bu yaxınlarda BMC Public Health jurnalında dərc edilib. WP-nin tələbi ilə orijinal məqaləyə daxil edilməyən nəticələr hesablanıb. Bunu Suçjou Universiteti Tibb Kollecinin ictimai sağlamlıq məktəbinin tədqiqatçısı Huymin Çjou təmin edib.

Məqalədə alimlər qəhvə içməyən və gündə altı saat və ya daha çox oturanların bütün səbəblərdən ölmə ehtimalının gündə altı saatdan az oturanlara nisbətən 58 faiz daha çox olduğunu bildirib. Və bu həm oturaq davranış riskini, həm də qəhvə içməyin faydalarını göstərir. Çjou, VP üçün analizində bu müqayisənin iki "ən riskli" davranışı və iki ən az "riskli" davranışı ehtiva etdiyi üçün seçildiyini yazıb.

Araşdırmada Milli səhiyyə statistikaları mərkəzi tərəfindən aparılan Milli sağlamlıq və qidalanma müayinə sorğusu (NHANES) çərçivəsində 2007-2018-ci illər arasında toplanmış 10 639 nəfərin məlumatlarından istifadə edildiyi bildirilir.

Alimlər gündə səkkiz saatdan çox oturmağın bütün səbəblərdən ölüm riskinin 46 faiz və ürək-damar xəstəliklərindən ölüm riskinin 79 faiz artması ilə əlaqəli olduğunu aşkar ediblər - gündə dörd saatdan az oturanlarla müqayisədə.

“Bundan əlavə, ən çox qəhvə içənlər (gündə iki fincandan çox) qəhvə içməyənlərlə müqayisədə bütün səbəblərdən ölüm riskinin 33 faiz və ürək-damar xəstəliklərindən ölüm riskinin 54 faiz azaldığını göstərib. ”, - məqalədə vurğulanır.

Alimlər yekunda qeyd ediblər ki, qəhvənin mürəkkəb birləşmə olduğunu nəzərə alsaq, onun tədqiqi üçün əlavə tədqiqatlara ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar