Qədim Misirlilərin alimləri şoka salan DƏQİQ HAMİLƏLİK TESTİ:   arpa, buğda...
17 iyul 2021 19:52 (UTC +04:00)

Qədim Misirlilərin alimləri şoka salan DƏQİQ HAMİLƏLİK TESTİ: arpa, buğda...

Bütün zamanlarda hamiləliyin müəyyən edilməsi maraq doğurub. Hələ qədim dövrlərdə hamiləliyi müxtəlif üsul və vasitələrlə müəyyən etməyə çalışırdılar. Bəzən müasir dövrümüzdən arxaya baxanda bu vasitələrin əksəriyyəti gülünc görünürdü. Lakin qədim misirlilərin dəqiq hamiləlik testi müasir elm adamlarını sözün əsl mənasında təəccübləndirib.

Lent.az xarici mediaya istinadən qədim misirlilərin hamiləlik testini necə müəyyən etdiklərinin sirrini təqdim edir.

Kopenhagen Universitetinin mütəxəssisləri qədim Misirə aid “Carlsberg papirus” kolleksiyasını araşdırarkən şok yaşadacaq ixtira ilə üzləşiblər. O dövrün tibbi qaynaqlarında – təxminən 3500 yaşı olan tibbi traktatda (təxminən 1400 e.ə.) bir qadının hamilə olub-olmadığının izahı təsvir edilib.

 

Qədim misirlilər hamiləlik testləri üçün material olaraq dənli bitkilərdən, xüsusilə, arpa və buğdanı istifadə edirmişlər. İki torba götürülürdü – biri arpa ilə, digəri isə buğda ilə doldurulurdu. Hamiləliyi yoxlanılan qadının sidiyi hər iki torbaya əlavə edilirdi. Əgər hansısa torbalardan birində cücərti olurdusa, deməli qadın hamilədir...

Ən təəccüblüsü isə doğulacaq uşağın oğlan və ya qız olmasının dəqiq proqnozu idi: əgər sidiklə təmas zamanı arpa cücərirdisə, uşaq oğlan, buğda cücərirdisə, qız doğulacaqdı.

Hələ 1963-cü ildə aparılan araşdırma zamanı qədim misirlilərin sözügedən hamiləlik testinin təxminən 70 % etibarlı nəticələr verdiyi aşkar edilib. Cinsin təyini isə nadir hallarda səhv ola bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11517
avatar

Rəsul SARI

Oxşar yazılar