Qan analizi ilə hansı xəstəliklər AŞKARLANIR? - CAVAB
29 noyabr 2022 17:43 (UTC +04:00)

Qan analizi ilə hansı xəstəliklər AŞKARLANIR? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu qan analizləri aşkarlanan xəstəliklərlə bağlıdır.

Əksər vaxtlarda xəstəxanaya yoxlanmaq üçün getdikdə həkimlərin ilk məsləhəti qan analizlərinin verilməsi olur. Buna səbəb bir çox hallarda pasientin şikayətini qanın analizlərinin nəticəsində bilmək olur. Çünki qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəkləyir. 

Maraqlıdır bəs, hansı xəstəliklər qanla aşkarlanır?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova açıqlama verib. 

Onun sözlərinə görə, istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması vacibdir:

"Əlbəttə ki, təcrübəli həkim yalnız tək gözləri və əlləri ilə ilkin diaqnoz qoya bilir: xəstənin ümumi görünüşü, dərisinin, selikli qişalarının, dilin rəngi, hətta yerişinin xüsusiyyətinə əsaslanaraq. Lakin lazım olan müayinələrdən imtina edilməməlidir, çünki ilk baxışdan aşkar görünən xəstəlik halı belə mütləq tədqiqatların əsasında təsdiqlənir və həkim bu məlumatları əldə etməlidir.

Ümumiyyətlə, qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəklədiyi üçün istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması məqsədyönlü hesab edilir. Hətta müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın və sidiyin ümumi analizinin müntəzəm olaraq aparılması tövsiyə olunur. Bu müayinələr əsasında məsələn, daxili orqanların (qara ciyər, mədəaltı vəz, böyrəklər) fəaliyyətində yaranan dəyişiklikləri və yaxud metabolizm pozğunluqlarını vaxtında aşkar edib qarşısını almaq olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4911
avatar

Fidan İlqar

Oxşar yazılar