Niyə pis yuxu arıqlamağa mane olur?
27 mart 2021 17:27 (UTC +04:00)

Niyə pis yuxu arıqlamağa mane olur?

ABŞ-dan olan diyetoloq Eşli Reynke Houkun iddia etdiyinə görə, zəif yuxu arıqlamağa mane olur.

Lent.az xarici mediaya istinadla bildirir ki, insan sağlamlığı üç sütuna əsaslanır: qidalanma, idman və yuxu. Onlardan biri sarsılırsa, digərləri də müqavimət göstərməyəcək.

“Bəzən bu əlavə çəkini itirmək üçün mübarizə aparmağınızın səbəbi yuxunuzun keyfiyyətinə və hər səhər necə dincəldiyinizə bağlı ola bilər”, - mütəxəssis söyləyib.

O, bədənin müxtəlif qidalara necə reaksiya verdiyini diqqətlə izləməyi məsləhət görür. Əgər bəzi yeməklərdən və ya içkilərdən sonra daha pis yatırsınızsa, axşam yeməməyiniz yaxşıdır. Bundan əlavə, yatmazdan iki saat əvvəl yeməyin.

Diyetoloq, axşamlar aclığı doydura bilən yüngül qidalardan da danışıb. Axşamlar albalı yeyə və ya albalı şirəsi içə bilərsiniz - bunların tərkibində sirkadiyalı ritmləri tənzimləyən və yuxunu yaxşılaşdıran melatonin var.

Eşli Reynke Houk özü yer fıstığı yağı və çiyələk və yulaf əzməsi, alma püresi və dondurulmuş çiyələyi sevir. Onun sözlərinə görə, onlar seratonin sintezini stimullaşdırırlar və əlavə olaraq triptofan da ehtiva edirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar