Mühəndislər toxluq hissi yaradan kapsul düzəltdilər
04 yanvar 2024 03:14 (UTC +04:00)

Mühəndislər toxluq hissi yaradan kapsul düzəltdilər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri udulduqda toxluq hissi yaradan titrəyişli kapsul yaradıblar.

Lent.az xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc olunan məqalədə deyilir.

Təcrübələr göstərdi ki, yeməkdən 20 dəqiqə əvvəl həbi qəbul edən heyvanlar toxluqdan xəbər verən hormonlar ifraz edir və qida qəbulunu təxminən 40 faiz azaldır.

Gələcəkdə alimlər kapsulların istehsalını genişləndirməyə və cihazın təhlükəsizliyini təsdiqləmək üçün insanlarda klinik sınaqlar keçirməyə, həmçinin kapsulların udulması üçün ən yaxşı vaxtı müəyyən etməyə çalışırlar.
 

# 2820
avatar

Oxşar yazılar