Liseydən qovulan şagird direktoru GÜLLƏLƏDİ
09 may 2024 11:45 (UTC +04:00)

Liseydən qovulan şagird direktoru GÜLLƏLƏDİ

Türkiyədə şagird lisey direktorunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Eyyubsultan adlanan ərazisində yerləşən Özəl Final Akademiya Anadolu Liseyində baş verib.

17 yaşlı İraq türkməni olan Y.K. təhsil aldığı liseyin direktoru 74 yaşlı İbrahim Oktuqanı kabinetində güllələyərək öldürüb.

İddialara görə, hadisəyə səbəb Y.K.-nın liseydən qovulması olub. Araşdırma zamanı məlum olub ki, təhsil ocağının mühafizə xidməti olmayıb və cinayətkar sərbəst şəkildə direktorun otağına girə bilib.

Polis tərəfindən saxlanılan Y.K. öldürmək niyyəti olmadığını, sadəcə direktoru döymək istədiyini bildirib.

Cinayətkar ifadəsi alınandan sonra həbs edilib. Araşdırmalar davam edir.

# 2418
avatar

Oxşar yazılar