Mövsümi qrip, yoxsa yeni virus? - Nazirlik AÇIQLADI
26 oktyabr 2022 12:45 (UTC +04:00)

Mövsümi qrip, yoxsa yeni virus? - Nazirlik AÇIQLADI

Son günlərdə əhali arasında boğaz ağrısı, qızdırma, halsızlıq müşahidə edilən virus yayılıb. Hər il olduğu kimi, bu il də payız və qış mövsümündə mütəmadi olaraq kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artım tendensiyası müşahidə edilir. Adətən, həkimlər payız aylarında qrip və kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımın baş verməsi təbii hesab edir. 

Maraqlıdır bəs, mövsümi xəstəliklərdən necə qorunmaq olar? Virus böyüklərlə yanaşı, uşaqlarda da rast gəlinir. Bu xəstəlik mövsümi qripdir yoxsa yeni virus?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə payız-qış mövsümü ilə əlaqədar kəskin respirator virus infeksiyası yayılıb:

“Bu təbii haldır və hər il təkrar olunur. Bütün respirator hava-damçı infeksiyalarından, o cümlədən koronavirusdan qorunma tədbirləri eynidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4467
avatar

Arzu Qurbanlı

Oxşar yazılar