Məşhurlaşan burun masajlarının FƏSADLARI
29 avqust 2022 15:22 (UTC +04:00)

Məşhurlaşan burun masajlarının FƏSADLARI

Sosial şəbəkələrdə məşhur olan əməliyyatsız burun balacalaşdırmaq üsulu barədə həkimlər xəbərdar edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bloggerlər kosmetoloqa və ya cərraha getmədən burun formasını dəyişməyə kömək etdiyini iddia edən masaj texnikası videolarını kütləvi  yaymağa başlayıblar. 

Bu üsula görə, barmaq ilə burnun ucunu qaldırmaq və burun dəliklərini şişirtmək lazımdır. Bloggerlərin fikrincə, bu məşq gündə 50 dəfə edilməlidir.

Plastik cərrah Mark Hoase istifadəçilərə bu “life hackin” təhlükələri barədə xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, belə mexaniki təsir burnun formasını dəyişməyəcək, lakin bu, üzdə kiçik qırışların yaranmasına səbəb ola bilər: 

“Belə qırışları hətta iynə ilə aradan qaldırmaq çətindir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2436
avatar

Oxşar yazılar