Məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov bu xəstəliyi “bir nömrəli qatil” adlandırıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, onun sözünə görə bu COVID-19 deyil.
Myasnikov bildirib ki, bəşəriyyətin ən təhlükəli xəstəliyi ürək-damar xəstəliyidir. Koronavirus ümumi ölüm hallarının cəmi 4 faizini təşkil edir. Amma ürək-damar xəstəliklərindən həyatını itirənlər daha çoxdur.
Myasnikov 3-cü yerdə onkoloji xəstəliklərinin olduğunu bildirib.