Təzə sıxılmış limon suyunun tərkibindəki antioksidan maddə bir çox xəstəliklərin müalicəsində uzun illərdi istifadə olunur. Bir çoxları sağlamlıqlarını qorumaq üçün hər gün limon suyu qəbul edir.
Lent.az xarici KİV-ə istinadən limon suyunun faydalarını təqdim edir:
Limon suyu immuniteti gücləndirir
C vitamini ilə zəngin olan limon suyu immun və həzm sisteminin fəaliyyətini gücləndirir. Bundan əlavə bədəndə xərçənglə mübarizə və yaraların tez sağalmasını təmin edir.
Limon suyu boğaz ağrısının qarşısını alır
İlıq limon suyu içməklə soyudəyməni və qripdən yarana biləcək boğaz ağrısının, faringitin qarşısını almaq mümkündür.
Qaraciyərin dərmanıdır
Qaraciyərdəki həzm fermentləri limon suyu ilə aktivləşir və qanda oksigenin tarazlaşdırmasına dəstək olur.
Limon suyu qanı təmizləyir
Limon suyu qandakı toksinlərin təmizlənməsinə yardımçı olur.
Limon suyu kalori qəbulunu azaldır
Limon suyunun tərkibindəki pektin lifləri aclıq hissini azaldır və beləliklə, kilo almağın qarşı alınır.
Böyrəkdə daş yaranmasının qarşısını alır
Limon suyunu davamlı içərkən susuzluq yaranır və insan yenidən su içir. Bu zaman böyrəkdə daş yaranmasının qarşısı alınır.
Sümük əriməsinə mane olur
Limon suyunun tərkibindəki C vitamini bədənin kalsium mənimsəməsinə yardım edir. Bunun nəticəsində sümük rezorbsiyasının qarşısı alınır.
Limon suyu dərini təmizləyir
C vitamini üz dərisindəki qırışıqlığa və qara nöqtələrin yaranmasına mane olur. Limon suyunu içməklə yanaşı, üzünüzü də limon suyu ilə təmizləyə, yuya bilərsiniz.
Stressi azaldır
Limon qan təzyiqini, stresi azaldır və bədənə rahatlama hissi verir.
Limon suyundan ev təmizliyində istifadə edilir
Limon suyu sadecə sağlamlıq üçün deyil, ev təmizliyində də istifadə olunur.
Saç qulluğunda limon suyu
Saçların gur və parlaq olması üçün çox vaxt limon suyunu saça çəkirlər.
Göz sağlamlığı üçün faydalıdır
Limon suyunun tərkibindəki A və C vitamini katarakt və makula dejenerasiyasının qarşısını alır. Antioksidan xüsusiyyətləri sayəsində gözdə yığıla biləcək iltihabı yox edir.
İnfeksiyalarla mübarizə aparır
Limon suyunun tərkibindəki limon turşusu infeksiyalarla mübarizədə faydalıdır.